Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Epilepsiya tutulmaları barədə xəbərdarlıq edən "ağıllı" qolbaq hazırlanıb
31.10.2018 09:28
  • A-
  • A
  • A+

Epilepsiya tutulmaları barədə xəbərdarlıq edən "ağıllı" qolbaq hazırlanıb

Hollandiya alimləri epilepsiya tutulmaları barədə əvvəlcədən siqnal verən ağıllı “Nightwatch” qolbağını yaratmağa müvəffəq olublar. 

hightech.fm saytı xəbər verir ki, xəstənin biləyinə taxılan qolbaq onun ürək döyüntüsünü və əzələlərin sıxılma xüsusiyyətini izləyir. Artan ürək sürəti və əzələlərin daralması aşkar edildikdə isə o, epilepsiyanın başlanmasını xəbər verir və bu zaman qırmızı işıq yanır.

Mütəxəssislərin fikrincə, epilepsiya tutulmaları adətən yuxu zamanı baş verdiyindən bilərzik xəstəni yuxuda da izləməyə davam edir. Bu zaman qolbaq sahibinə siqnal vasitəsilə xəbərdarlıq edir və onu oyadır. Həmçinin tutulma barədə mesajı dərhal xilasetmə xidmətinə göndərir.

  • Paylaş: