Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Beynəlxalq əlaqələr idarəsinin əməkdaşları Bolqarıstanda elmi ezamiyyətdədirlər
31.10.2018 10:55
  • A-
  • A
  • A+

AMEA Beynəlxalq əlaqələr idarəsinin əməkdaşları Bolqarıstanda elmi ezamiyyətdədirlər

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr söbəsinin rəisi Bünyamin Seyidov və həmin şöbənin rəis müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov Bolqarıstanın paytaxtı Sofiya şəhərində elmi ezamiyyətdədirlər.

Səfərin məqsədi AMEA ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış sazişə əsasən həyata keçirilən "Qara dəniz və Xəzər dənizi regionlarının mədəni irsinin öyrənilməsi çərçivəsində Azərbaycan-Bolqarıstan əlaqələrinə yenidən baxış” layihəsi üzrə görüləcək işlərin və növbəti ilin fəaliyyət planının müzakirəsidir.

Səfər çərçivəsində AMEA nümayəndələri, həmçinin BEA-nın Bilik və Cəmiyyətin Öyrənilməsi İnstitutunun təşkilatçılığı ilə baş tutan “Qara dəniz regionunda geopolitik vəziyyət: Yeni fikirlər və problemlər” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

Beynəlxalq tədbirdə B.Seyidovun “Cənubi Qafqaz regionunda geopolitik vəziyyət, böyük dövlələrin Qafqaz maraqları: siyasi, ticari-iqtisadi və mədəni aspektlər”, R.Qasımovun isə "Müasir geopolitik şəraitdə Azərbaycan-Bolqarıstan əlaqələrinin müqayisəli təhlili” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə Cənubi Qafqazın müasir siyasi, iqtisadi və mədəni vəziyyəti, Azərbaycan Respublikasının regiondakı mövqeyi, böyük dövlətlərlə əməkdaşlıq əlaqələri, işğal olunmuş Azərbaycan ərazilərində məhv edilən tarixi mədəni irs, o cümlədən Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf tarixinə dair məlumatlar verilib.

AMEA əməkdaşları, həmçinin Bolqarıstan və Ruminiya Elmlər akademiyalarının, Türkiyənin Uludağ Universitetinin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb, konkret təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: