Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft kimyası və neft emalı prosesləri” jurnalı impakt faktor statusu qazanıb
31.10.2018 13:51
  • A-
  • A
  • A+

“Neft kimyası və neft emalı prosesləri” jurnalı impakt faktor statusu qazanıb

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda dərc olunan “Neft kimyası və neft emalı prosesləri” jurnalı “International Scientific Indexing” (ISI) bazasına əsasən (E-ISSN: 2519-2876, www.ppor.az) impakt faktor statusu alıb. Jurnalın impakt faktoru 0.248 təsdiq edilib.

Qeyd edək ki, 2000-ci ildən etibarən ildə 4 nömrə olmaqla nəşr olunan jurnal 2011-ci ildə Inspec, 2016-cı ildə isə “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazalarına daxil edilib.

Əlavə məlumat üçün http://isi-impactfactor.com/journals/844 linkinə daxil ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: