Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.10.2018 13:05
  • A-
  • A
  • A+

Fizika İnstitutunda italiyalı alimlərin iştirakı ilə beynəlxalq konfrans keçirilib

Fizika İnstitutunda italiyalı alimlərin iştirakı ilə beynəlxalq konfrans keçirilib

AMEA-nın Fizika İnstitutunda “Çeviricili Ge/Si əsaslı sensorlar və germnium və karbon nanostrukturları əsasında partlayıcı detektorlar” layihəsi əsasında beynəlxalq konfrans keçirilib.

Layihə AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) elmi əməkdaşlığına dair saziş və əməkdaşlıq proqramına əsasən 2015-ci ildə elan edilmiş müsabiqədə qalib olub.

Üç gün davam edən konfransda İtaliyanın Parma şəhərində fəaliyyət göstərən Elektronika və Maqnetizm Materialları İnstitutunun dörd əməkdaşı - Klaudio Ferrari (layihə rəhbəri), Ciovanni Attolini, Ciovanna Trevisi, Sara Bereta və Parma Universitetinin professoru Françesko Sanson iştirak edib.

Layihənin Azərbaycan tərəfindən rəhbəri, Fizika İnstitutunun Bionanostrukturlar fizikası laboratoriyasının müdiri Sevda Abdullayeva tərəfindən təşkil olunan konfransda birgə aparılan elmi-tədqiqat işlərinin nəticələri müzakirə edilib.

Konfrans çərçivəsində qonaqlar institutun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə də tanış olub, burada aparılan elmi-tədqiqat işləri haqqında məlumat alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: