Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli şair Mikayıl Müşfiqin ehtimal olunan qalıqlarının tapılması ilə bağlı İşçi Qrupu yaradılıb
31.10.2018 17:21
  • A-
  • A
  • A+

Görkəmli şair Mikayıl Müşfiqin ehtimal olunan qalıqlarının tapılması ilə bağlı İşçi Qrupu yaradılıb

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib.

Ölkə başçısı məsələnin araşdırılması üçün AMEA, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması barədə göstəriş verib.

Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: