Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Dastan gecələri” layihəsi çərçivəsində növbəti dastan söylənilib
01.11.2018 10:17
  • A-
  • A
  • A+

“Dastan gecələri” layihəsi çərçivəsində növbəti dastan söylənilib

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində "Aşıq Alının Türkiyə səfəri" dastanı təqdim olunub.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi, fil.ü.f.d. Elxan Məmmədli çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürünü bildirib. O, aşıq sənətinin Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsi olduğunu, bu sənətin müxtəlif mərhələlərdən keçərək xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini qeyd edib.

“Aşıq Alının Türkiyə səfəri” dastanı barədə məlumat verən E.Məmmədli bildkirib ki, əsər sadə və ənənəvi bir süjet üzərində qurulub. 

Dastanı tamaşaçılara Aşıq Bəhmən Göyçəli və Aşıq Firudin Göyçəli təqdim ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: