Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Şahin Mustafayev YUNESKO-nun İpək Yolu ilə bağlı tədbirində iştirak edib
02.11.2018 11:40
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev YUNESKO-nun İpək Yolu ilə bağlı tədbirində iştirak edib

Oman Sultanlığının paytaxtı Məsqət şəhərində YUNESKO-nun İpək Yolu layihəsinin beynəlxalq şəbəkəsinin IV toplantısı keçirilib.

Çin, Cənubi Koreya, Monqolustan, Türkiyə, İran, Oman, İraq, Rusiya, Özbəkistan, Almaniya, Portuqaliya və İspaniyadan alimlərin iştirak etdiyi tədbirdə ölkəmizi YUNESKO-nun İpək Yolu layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

Tədbirdə layihənin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də İpək Yolu interaktiv atlasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Akademik Heydər Əliyev Fondu, AMEA, Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, həmçinin ölkəmizdə fəaliyyət göstərən Çinin Konfutsi İnstitutu tərəfindən İpək Yolu ilə bağlı gerçəkləşdirilən müxtəlif layihələr və tədbirlər barədə toplantı iştirakçılarına məlumat verib.

O, həmçinin bu il tikintisi başa çatdırılan və istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun Asiya və Avropa arasında nəqliyyat dəhlizinin inkişafına və beləliklə, yeni İpək Yolunun canlanmasına xidmət edəcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: