Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan və İslam fəlsəfəsinə həsr olunan beynəlxalq elmi konfransı keçiriləcək
23.11.2018 10:57
  • A-
  • A
  • A+

Azərbaycan və İslam fəlsəfəsinə həsr olunan beynəlxalq elmi konfransı keçiriləcək

Dekabr ayının 20-21-də AMEA Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: Şəxsiyyətlər, ideyalar (yubileylər, anım tarixləri)” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın mövzuları:

1. Aristotelin İslam fəlsəfəsində izi - peripatetizm

a) Əbülhəsən Bəhmənyar (993-1066) - 1025

b) Əbunəsr Fərabi (873-950) - 1145

c) İbn Rüşd (1126-1198) - 820 (anım tarixi)

2.  İslam fəlsəfəsinin mahiyyətinin inikası - təsəvvüf fəlsəfəsi (orta əsrlər)

a) Rəbiyyə əl-Ədəviyyə (718-801) - 1300 

b) Ömər Xəyyam (1048 -1131) - 970

c) Əbu Hamid əl-Qəzali (1058-1111) - 960

d) Şəms Təbrizi (1185-1248) - 770 (anım tarixi)

e) Cəlaləddin Rumi (1207-1273) - 745 (anım tarixi)

f) Şihabəddin Yəhya Sührəvərdi (850)

3.  İslam mədəni bölgəsində fəlsəfi düşüncə (XIX-XX əsrlər)

a) Cəmaləddin Əfqani (1838-1897) - 180 (anım tarixi)

b) Heydər Hüseynov  (1908-1950) - 110

c) Məhəmməd İqbal (1877-1938) -145

d) Cübran Xəlil Cübran (1883-1931) - 135

Məruzə tezislərinin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word for Windows redaktorunda (Times New Roman (Az.latın) şriftilə - 12ppt, sətrlərarası interval – 1,5) yığılmalı, A4 formatlı standart ağ kağızda çap olunmalıdır. (məqalənin ümumi həcmi maks. 4-5 səh.);

- Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, altında və sağ tərəfdə müəllifin soyadı, adı və atasının adı, ondan  aşağıda isə iş yeri və elektron ünvanı (kiçik şriftlə) göstərilməlidir.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 10 dekabr 2018-ci il

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyn Cavid pr. 115, AZ1073

Tel.: (+994 55) 296 47 27

E-mail: ceyran.huseynli.96@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: