Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2018 14:41
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə növbəti seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbədə növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli 700 nömrəli Fərmanı və AR Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömərli Qərarına əsasən təşkil olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, cari ildə İkinci xüsusi şöbənin tərtib etdiyi və AR Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış və AMEA prezidenti tərəfindən təsdiq edilmiş "AMEA-nın 2018-ci il üçün Mülki Müdafiə Tədbirlər Planı" vaxtında və lazımi səviyyədə yerinə yetirilib.

Şöbə rəisi hesabat ilində AMEA-nın elmi müəssisə və təşkilatlarında başlıca diqqətin MM sahəsində maarifləndirmə işlərinə, əməkdaşların ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə yönəldiyini söyləyib. O, 2018-ci ildə fövqəladə hadisələr zamanı rəhbər və komandir-rəis heyətinin, o cümlədən MM qüvvələrinin hazırlanması məqsədilə 23 elmi müəssisə və təşkilatda Mülki Müdafiə, 38 təşkilatda isə xəbərdarlıq və toplanış məşqlərinin keçirildiyini diqqətə çatdırıb.

Məşqlər zamanı rəhbər və komandir-rəis heyətinin, hərbiləşdirilməmiş dəstələrin MM hazırlığının bir daha nəzərdən keçirildiyini deyən E.Quliyev mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü vurğulayıb.

Şöbə rəisi bununla bərabər bəzi müəssisələrdə yoxlamaların aparıldığını, nəticədə maarifləndirmə işlərinin 2018-ci il MM Tədbirlər Planına uyğun keçirilmədiyinin aşkarlandığını, tədris prosesinin yaxşı təşkil edilmədiyini bildirib və nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlarını verib.

E.Quliyev, həmçinin cari ildə elmi müəssisə və təşkilatlarda olan fərdi mühafizə vasitələrinin tələb edilən qaydalara uyğun olaraq FHN-nin Mərkəzi Yoxlama laboratoriyasında yoxlamadan keçirilmədiyini, bəzi institutlarda isə yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədiyini diqqətə çatdırıb.

O, daha sonra AMEA-nın elmi müəssisə və təşkilatlarında çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında mövcud çatışmazlıqların aradan qaldırılması və illik hesabatların hazırlanması barədə göstəriş verib.

İclasda, o cümlədən oktyabr ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: