Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitab işıq üzü görüb
12.11.2018 14:22
  • A-
  • A
  • A+

“Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitab işıq üzü görüb

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, həmin institutun laboratoriya müdiri, professor Asif Məmmədov və aparıcı elmi işçi, texnika elmləri üzrə fəlsəfə doktoru Manaf Manafovun həmmüəllifi olduqları “Kimyada informasiya texnologiyalarının tətbiqi” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitab müasir informasiya texnologiyalarının kimyəvi tədqiqatlarda, kimyanın tədrisində və kimya sənayesində tətbiqinə həsr olunub. Nəşrdə kimyəvi maddələrin alınma üsulları, quruluşu, fiziki-kimyəvi, o cümlədən termodinamiki xassələrinin İnternetdə olan məlumat bazalarından istifadə üsulları izah edilir. Həmçinin kimyəvi maddələrin molekulyar strukturlarının kompüter generasiyası və vizuallaşdırılması üçün proqram vasitələri, kimyəvi quruluş və reaksiyalar üçün ekspert sistemləri təqdim edilir.

Yeni nəşrdə kimyanın müasir biznes strategiyası – səmərəli istismar məqsədilə kimyəvi proseslərin və sistemlərin modelləşdirilməsi, istehsal əməliyyatlarının aparılması, geniş biznes ittifaqları və bazar alyanslarının yaradılması üsulları haqqında məlumat da yer alıb.

Kitab elmi işçi, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: