Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Muzeydə “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
14.11.2018 12:34
  • A-
  • A
  • A+

Muzeydə “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

15 noyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İki gün davam edəcək konfransda "Yaxın və Orta Şərq xalqları ədəbiyyatında rübai və Ömər Xəyyamın ədəbi irsi", "Klassiklərin elmi tərcümeyi-halının tərtibi prinsipləri və Ömər Xəyyamın həyat yolu", "Xəyyamşünaslıq elmi araşdırma istiqaməti kimi və Azərbaycanda Ömər Xəyyam yaradıcılığının öyrənilməsi tarixi", "Şərq poetikasının nəzəri problemləri və Ömər Xəyyam rübailərinin mövzu, ideya, bədii xüsusiyyətləri" və digər bölmələr üzrə müzakirələr aparılacaq.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: