Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirilir
22.11.2018 15:54
  • A-
  • A
  • A+

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirilir

AMEA Hüseyn Cavidin Ev-Muzeyi elm ilə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirir.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin irsini təbliğ etməkdir. Tələbə və şagirdlər mövzu üzrə bədii qiraət nümunələrini müsabiqəyə təqdim edə bilərlər. Bədii qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bədii qiraət nümunələrini noyabrın 30-dək huseinjavid@gmail.com elektron ünvanına göndərmək olar.

Dekabrda müsabiqənin yekun mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.

Əlaqə nömrəsi: (+994 55) 866 22 25

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: