Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan alimləri Brüsseldə Şərq tərəfdaşlığı ölkələri üçün təşkil olunmuş tədbirdə iştiraka dəvət olunur
04.06.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Brüsseldə Şərq tərəfdaşlığı ölkələri üçün təşkil olunmuş tədbirdə iştiraka dəvət olunur

Azərbaycanda bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində çalışan biznes və elmi ictimaiyyət nümayəndələri “Energetikada elmdən innovasiyalara doğru: Avropa mehriban qonşuluq siyasəti ölkələri ilə energetikada tədqiqat və innovasiyalar arasında uçurumun aradan qaldırılması üzrə əməkdaşlığın inkişafı” (http://www.ener2i.eu) layihəsi çərçivəsində Şərq tərəfdaşlığı ölkələri üçün təşkil olunmuş xüsusi broker tədbirində iştirak etməyə dəvət olunur.

Məqsəd Şərq tərəfdaşlığı (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan) və Avropa Birliyi ölkələri arasında elm və biznes sahələri üzrə birbaşa əlaqələrin yaradılması və yeni layihələrin həyata keçirilməsinə təkan verməkdir.

Tədbir 23 iyun 2014-cü il tarixdə Brüsseldə (Belçika) dayanıqlı energetika həftəsi çərçivəsində keçiriləcək.

Ətraflı məlumatı linklər vasitəsilə əldə etmək mümkündür: www.inco-eap.net

www.inco-eap.net

Əlaqələndirici şəxs: AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Beynəlxalq əlaqələr idarəsi, Firuzə Xəlilova

E-mail: khalilova.firuza83@gmail.com

Tel.: 5926651, 592 4318,

Tədbirin proqramı və qeydiyyat forması:

Application form energy side event

Call energy side event

Draft Program energy side event

Guidelines call energy side event

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: