AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-də Ukraynaya səfər edəcək.
AMEA rəhbəri Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək.
Səfər çərçivəsində A.Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nın fəxri üzvü, akademik Boris Patonla görüşəcək, iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.
Qeyd edək ki, görkəmli elm xadimi B.Patonun noyabrın 27-də 100 yaşı tamam olub. Onun yubileyi dövlət səviyyəsində qeyd edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.