Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surəti əldə olunub
04.12.2018 09:26
  • A-
  • A
  • A+

Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surəti əldə olunub

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyədə ezamiyyətdə olub. 

Səfər çərçivəsində Türkiyənin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də tanış olub. Alim kitabxananın müdiri Menderes Vəlioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib.

Əldə olunan nadir nüsxə vaxtilə Aya Sofya məbədinin kitabxanasında qorunub və şairin irsinin daha dərindən tədqiqində nizamişünas alimlərə yardımçı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: