Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Lənkəranda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunan simpozium keçiriləcək
12.12.2018 11:22
  • A-
  • A
  • A+

Lənkəranda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunan simpozium keçiriləcək

13-15 dekabr tarixlərində Lənkəran şəhərində “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Tədbir Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunub.

Simpozium AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: