Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2018 15:19
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

AMEA-nın Dendrologiya, Şərqşünaslıq, Qafqazşünaslıq və Dilçilik institutlarında, Milli Azərbaycan Tarixi və Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilib. 

Anım tədbirləri ulu öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfranslarda Heydər Əliyevin xalqımızın yaddaşında xilaskar dövlət xadimi kimi qaldığı, ölkəmizin ictimai-siyasi həyatında, həmçinin dövlət quruculuğunda misilsiz xidmətlər göstərdiyi qeyd olunub. Bildirilib ki, ulu öndərin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsaslı addımlar atılıb, elmi, mədəni, ədəbi və digər sahələrdə bir çox uğurlar əldə olunub. Bundan əlavə, qədim ənənə və köklərə malik milli-mədəni sərvətlərimizin yaşadılmasında və dünyaya tanıdılmasında misilsiz işlər gördüyü vurğulanıb.

Həmçinin ulu öndərin müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində xaosdan və parçalanmaq təhlükəsindən xilas olduğu, respublikanın əbədi müstəqilliyinin təmin edildiyi diqqətə çatdırılıb. Çıxışlarda ümummilli liderin xalqı öz ətrafında sıx birləşdirdiyi və Azərbaycanı beynəlxalq arenada yüksək pillələrə qaldırdığı qeyd edilib.

Eyni zamanda ulu öndərin ölkəmizdə demokratiyanın inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, elmə və elm adamlarına göstərdiyi qayğıdan, ana dilinin saflığının qorunması sahəsində həyata keçirdiyi islahatlardan bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: