Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutunda "Azersky"ın resurslarından istifadəyə dair tədbir keçirilib
14.12.2018 09:05
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda "Azersky"ın resurslarından istifadəyə dair tədbir keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Erdas Imagine proqram təminatı - təməl və irəli səviyyə” mövzusunda tədbir keçirilib.

Praktik məşğələlər  Avstraliyanın Makkuori Universitetinin müəllimi, doktor  Əliəkbər Rəsuli Pirouzian və institutun Geoinformatika və Kartoqrafiya şöbəsinin əməkdaşı Yaşar Nəsibovun rəhbərliyi ilə baş tutub.

İki həftə davam edəcək təlimlərdə Coğrafiya İnstitutunun və BDU-nun Coğrafiya fakültəsinin magistrləri, AMEA-nın Neft və Qaz, Geologiya və Geofizika institutlarının, Mərkəzi Nəbatat Bağı, Fövqəladə Hallar Nazirliyi, Milli Aviasiya Akademiyası, Əmlak Məsələləri Dövlət Komitəsi, "AZERSU" ASC və Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin nəzdində Ekologiya İnstitutunun əməkdaşları iştirak edirlər.

Tədbirin keçirilməsində məqsəd peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin emalının öyrənilməsi, Yerin optik müşahidə peyki olan "Azersky"ın resurslarından istifadənin elmi işçilər tərəfindən genişləndirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: