Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Muzeydə admiral Cəlil Cavadovun 100 illik yubileyi qeyd olunacaq
17.12.2018 12:39
  • A-
  • A
  • A+

Muzeydə admiral Cəlil Cavadovun 100 illik yubileyi qeyd olunacaq

Dekabrın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr olunmuş “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” adlı tədbir keçiriləcək.

Tədbirdə AR Müdafiə Nazirliyinin, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, AR Veteranlar Təşkilatının nümayəndələri, bir sıra dövlət arxivlərinin, muzeylərin, elmi idarələrin əməkdaşları, eləcə də hərb tarixçiləri və admiralın ailə üzvləri iştirak edəcək.

Bundan əlavə, muzeyin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi, həmçinin “İlk admiralımız” adlı uşaq rəsmləri nümayiş olunacaq.

Eyni zamanda t.ü.f.d., dosent Səbuhi Əhmədovun “Admiral Cavadov. Həyatı və döyüş yolu” adlı kitab oxuculara təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: