Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2018 12:45
  • A-
  • A
  • A+

Akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunan konfrans öz işini Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirib

Akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunan konfrans öz işini Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirib

Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq elmi konfrans öz işini dekabrın 18-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirib.

Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova açaraq alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib, Beynəlxalq Fotosintez Cəmiyyətinin akademik Cəlal Əliyev adına mükafat təsis etməsini Azərbaycan elmi üçün əlamətdar hadisə adlandırıb.

Sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya üzrə elmlər doktorları - Şahniyar Bayramov, Səftər Süleymanov, Tofiq Allahverdiyev, gənc alim Səmra Mirzəyeva və Fransa Milli Kənd Təsərrüfatı Elmi Tədqiqatlar İnstitutunun əməkdaşı Əhməd Kheyr-Pourun məruzələri dinlənilib, suallar cavablandırılıb.

Sonda akademik Cəlal Əliyevin tələbəsi, Pusan Dövlət Universitetinin professoru İsmayıl Zülfüqarov çıxış edərək müəllimi haqqında xatirələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: