www.science.az
05.06.2014 00:00

Şomutəpə neolit məskənində aparılmış tədqiqatlara həsr olunmuş kitab işıq üzü görüb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun «У истоков Кавказской цивилизации. Неолит Азербайджана. Книга первая: Шомутепе» adlı kitabı işıq üzü görüb.

Kitabda institutun Arxeoloji Fondunda 50 ildən artıq bir dövr ərzində saxlanılan və Şomutəpə neolit məskənindən aşkar edilmiş arxeoloji materiallar yer alıb.

Tədqiqat əsərində Azərbaycan arxeoloqlarının uzun illər boyu məskəndə apardığı tədqiqatlar nəticəsində əldə edilmiş tapıntılar ilk dəfə olaraq tam təsnif edilərək kataloq şəklində Azərbaycanın, dünya akademik elmi dairələrinin və geniş oxucu kütləsinin ixtiyarına verilib. Əsərdə Şomutəpədən toplanmış materiallar kateqoriyalar üzrə qruplaşdırılaraq təsnif edilib, hər bir əşyanın rənqli fotosu, bir qisminin isə qrafik rəsmləri əks olunub.

Qeyd edək ki, hazırda “Qarabağ neolit abidələri. Birinci cild” adlı ikinci kitab çapa hazırlıq mərhələsindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.