Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Bitki viruslarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək
05.08.2014 00:00
  • A-
  • A
  • A+

“Bitki viruslarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək

15-17 sentyabr 2014-cü il tarixlərdə Bakı şəhərində AMEA Botanika İnstitutunun təşkilatçılığı ilə “Bitki viruslarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək. Seminar Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiənin imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihə üzrə həyata keçiriləcək.

Seminarda iştirak etmək istəyən tələbə və doktorantların elektron ərizə formasını 1 sentyabr 2014-cü il tarixinədək i_guseinova@mail.ru elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, iştirakçıların ümumi sayı 12 nəfərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: