Polşa Respublikasının Texnoloji - Təbiətdən İstifadə İnstitutu (TTİİ) ilə AMEA Eroziya və Suvarma İnstitutu (ESİ) arasında 2013-cü ildə imzalanmış müqaviləyə əsasən TTİİ-nin 3 əməkdaşı AMEA ESİ-də ezamiyyətdə olacaq. Ezamiyyət avqustun 29-dan sentyabrın 7-dək davam edəcək.
Əsas məqsəd “GİS texnologiyasından istifadə etməklə Azərbaycanda eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması” layihəsi çərçivəsində əldə olunmuş nəticələrin müzakirəsidir.
Bu məqsədlə Texnoloji – Təbiətdən İstifadə İnstitutunun əməkdaşları ilə birgə Quba, Şamaxı, Tərtər və Şəki rayonlarında səyyar seminarların keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.