Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.01.2019 14:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu ilə Respublika Taun Əleyhinə Stansiya arasında müqavilə imzalanıb

Genetik Ehtiyatlar İnstitutu ilə Respublika Taun Əleyhinə Stansiya arasında müqavilə imzalanıb

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin (SN) S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyası (RTƏS)  arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqaviləni GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və SN RTƏS-in direktoru Tahir Vəliyev imzalayıblar.

Beş il müddətinə imzalanan müqavilədə Azərbaycanda yoluxucu xəstəliklərin insan və kənd təsərrüfatı heyvanlarında yayılmasının bioloji, ekoloji və ictimai-sosial xüsusiyyətlərinin öyrənilməsi, xəstəlik törədicilərinin genetik müxtəlifliyinin ölkə üzrə müəyyənləşdirilməsi, onların bioloji, ekoloji və ictimai-sosial amillərlə bağlılığının öyrənilməsi, mübarizə üsullarının hazırlanması kimi məsələlər nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: