Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2019 10:55
  • A-
  • A
  • A+

AMEA-da "Vətənpərvərlik millətin mənəvi ləyaqətinin əsasıdır" mövzusunda tədbir keçirilib

AMEA-da "Vətənpərvərlik millətin mənəvi ləyaqətinin əsasıdır" mövzusunda tədbir keçirilib

AMEA-nın Qadınlar Şurasının (QŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan "Vətənpərvərlik millətin mənəvi ləyaqətinin əsasıdır" mövzusunda anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Mərkəzi Elmi Kitabxanada baş tutan anım tədbirində AMEA-nın elmi müəssisə və təşkilatlarının QŞ sədrləri və şura üzvləri iştirak ediblər.

İclas şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

AMEA QŞ-nin sədri, professor Rəna Mirzəzadə tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirib.

Tədbirdə QŞ-nin Mənəviyyat və elm bölməsinin rəhbəri, fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva “Vətənpərvərlik və mənəviyyat” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində faciə barədə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyevin verdiyini söyləyib, həmin tarixin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsinin mənəvi borcumuz olduğunu deyib.

Sonra Folklor İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru İslam Sadıq “20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir”, Polimer Materialları İnstitutunun elmi işçisi Nüşabə Arzumanova “Şəhidlər zirvəsinə ucalmıs alimlər” və Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “20 Yanvar hadisələri: fəryaddan ədəbiyyata” mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: