Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu 2018-ci ildəki mühüm nəticələrini təqdim edib
18.01.2019 10:00
  • A-
  • A
  • A+

BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu 2018-ci ildəki mühüm nəticələrini təqdim edib

AMEA Rəyasət Heyətinin yanvarın 16-da keçirilən iclasında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun 2018-ci ildəki mühüm nəticələri təqdim olunub.

Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev ötən il müəssisənin ən mühüm nəticəsinin “Sabit matris əmsalı kəsr törəməli adi xətti diferensial tənliklər sisteminin analitik həllinin qurulması üsulu” olduğunu bildirib. Qeyd edib ki, alınmış nəticələr beynəlxalq elmi jurnallarda çap olunub, həmçinin konfranslarda alimlərin diqqətinə çatdırılıb.

F.Əliyev hesabat dövründə institutun əməkdaşları tərəfindən respublikada 13, xarici jurnallarda 49 məqalənin (bunlardan 7-si impakt faktorlu jurnalda), o cümlədən 11 tezisin nəşr olunduğunu, 6 qrantın alındığını, “Azneft” İstehsalat Birliyi ilə 1 müqavilənin yerinə yetirildiyini söyləyib.

Sonda çıxış ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: