Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” əsərinin birinci cildi çap olunub
21.01.2019 11:19
  • A-
  • A
  • A+

“Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” əsərinin birinci cildi çap olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-Ül-İlahiyyə-Vəl-Məfatih-Ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) əsərinin birinci cildi çap olunub.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən tərcümə olunan fundamental əsər filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun elmi redaktoruğu ilə işıq üzü görüb.

Qeyd edək ki, həyatının çoxunu Naxçıvanda keçirən Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Quran təfsir” kitabı üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncü cilddə isə 81 surənin təfsiri və şərhi verilib. İlk cild 900, ikinci cild 773, üçüncü cild isə 904 səhifədir. Əsərin orijinalı İstanbulda Topqapı Sarayı III Əhməd Xan Kitabxanasında mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: