Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Folklor İnstitutu Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi ilə əməkdaşlıq edəcək
21.01.2019 10:18
  • A-
  • A
  • A+

Folklor İnstitutu Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi ilə əməkdaşlıq edəcək

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyinin müdiri Bican Veysəl Yıldızla görüşüb.

Görüşdə hər il İstanbulda keçirilən beynəlxalq simpoziumun növbəti ildə Bakıda təşkili, uşaq folklorunun, ədəbiyyatının təbliği məsələləri müzakirə olunub. Həmçinin qurumlar arasında ümumtürk miqyasında uşaq ədəbiyyatının toplanıb tanıdılması istiqamətində birgə fəaliyyətin önəmi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: