Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyinin müdiri Bican Veysəl Yıldız AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ayrı-ayrı şöbələrin fəaliyyəti ilə tanış olub.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ilə görüşdə qonağa Ədəbiyyat İnstitutunda aparılan elmi tədqiqatlar, əldə edilmiş nailiyyətlər barədəətraflı məlumat verilib. Görüşdə Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələri müstəvisində uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları, qarşılıqlı informasiya mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d. Aygün Bağırlı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, fil.ü.f.d. Mərziyə Nəcəfova iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.