Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçiriləcək
28.01.2019 09:29
  • A-
  • A
  • A+

"Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçiriləcək

5 fevral 2019-cu il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə "Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarından, respublikanın ali məktəblərindən və Kənd Təsərrüfatı Nazirliyinin sahə institutlarından yaşı 35-ə qədər olan 40 yaxın nümayəndə iştirak edəcək.

Konfransda maraq doğuran və biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələrin mükafatlandırılması nəzərdə tutulub.

Ünvan: Bakı ş., Mikayıl Müşfiq 103.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: