Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunun əməkdaşları üçün ministadion açılıb
28.01.2019 14:20
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşları üçün ministadion açılıb

AMEA-nın Fizika İnstitutunun həyətində ministadionun açılışı olub.

Açılışda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, həmin institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA Rəyasət Heyəti Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və institutun Həmkarlar Komitəsinin (HK) sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak ediblər.

Mərasimdə akademik N.Məmmədov Prezident İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, dövlətin bu qayğısını əsas götürərək Fizika İnstitutu əməkdaşlarının, onların ailə üzvlərinin, gənc mütəxəssislərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Həmkarlar Komitəsinin təşkilatçılığı ilə ministadion istifadəyə verilib.

Sonra çıxış edən AHİ-nin sədri H.Qurbanov qeyd edib ki, Fizika İnstitutu elm sahəsində beynəlxalq səviyyədə nailiyyətlər qazandığı kimi, AMEA-da idmanın mərkəzi hesab olunur. O, institut əməkdaşlarının övladları üçün futbol komandası yaradılması və həmin komandanın ministadionda məşqçi nəzarəti ilə məşq keçməsi təklifini irəli sürüb.

Həmkarlar Komitəsinin sədri S.Bağırova isə mini stadionun hazırlıq prosesi barədə məlumat verib. Bildirib ki, stadionda badminton, minivoleybol, minibasketbol və institutun futbol komandasının məşqləri üçün hərtərəfli şərait yaradılıb. İnstitutun əməkdaşları, onların ailə üzvləri işdən sonra, şənbə və bazar günləri ministadiondan istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: