Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"Qafqaz kəsilişi" layihəsi üzrə görülmüş işlərin monitorinqi aparılıb
04.02.2019 15:34
  • A-
  • A
  • A+

"Qafqaz kəsilişi" layihəsi üzrə görülmüş işlərin monitorinqi aparılıb

Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko və Anastasiya Kulenko AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. 

Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı elm və təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub. 

Daha sonra "Qafqaz kəsilişi" layihəsi üzrə görülmüş işlərin monitorinqi aparılıb. Monitorinqin nəticəsi olaraq işlərin yüksək səviyyədə yerinə yetirildiyi müəyyən olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: