www.science.az
08.02.2019 11:59

Arxeologiya və Etnoqrafiya İnstitutunda beynəlxalq layihənin 2018-ci ildəki yekunlarına həsr olunan iclas keçirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsində iştirak edən azərbaycanlı alimlərin 2018-ci ildəki fəaliyyətinə həsr olunan iclas keçirilib.

Avropa Komissiyasının "Horizon 2020" Maria Skladovskaya Küri proqramı tərəfindən maliyyələşdirilən layihənin Azərbaycan üzrə Milli Koordinatoru institutun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənovdur.

İclasda Z.Həsənov qeyd edib ki, layihədə AMEA-nın Arxeologiya və Etnoqrafiya, eləcə də Tarix institutlarından ümumilikdə 11 alim iştirak edir. O, 2018-ci il ərzində layihə çərçivəsində AMEA əməkdaşlarının elmi ezamiyyətdə olduqlarını, Yunanıstan, Bolqarıstan və Gürcüstanda keçirilən 6 beynəlxalq elmi konfransda iştirak etdiklərini, tədqiqatlar apardıqlarını və məqalələr nəşr etdirdiklərini söyləyib.

Qeyd edək ki, 2017-2021-ci illər üçün nəzərdə tutulan layihədə 12 ölkə təmsil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.