Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yeri və mövqeyindən bəhs edən ilk sistemli tədqiqat əsəri
11.02.2019 11:07
  • A-
  • A
  • A+

Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yeri və mövqeyindən bəhs edən ilk sistemli tədqiqat əsəri

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı kitabı çapdan çıxıb.

Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yeri və mövqeyindən bəhs edən ilk sistemli tədqiqat əsərində Azərbaycanın qədim və orta əsrlər dövründəki dövlətlərlə münasibət və əlaqələri, Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki vəziyyəti, Naxçıvanın muxtariyyətləşdirilməsi, onun Azərbaycanın dövlət müstəqilliyinin yenidən əldə edilməsi uğurundakı mübarizəsi, eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçiliyindəki yeri və digər mövzular tədqiqata cəlb edilib.

Fundamental əsərdə Azərbaycan, türk, rus və ingilis dillərində 529 ədəbiyyat və İnternet materiallarından istifadə olunub.

Qeyd edək ki, sözügedən nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: