www.science.az
12.02.2019 14:14

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın ikinci cildi nəşr olunub

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmədovun baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin sonuncu cildi çapdan çıxıb.

10 fəsildən, 380 səhifədən ibarət monoqrafiyada zəngin təbii şəraitə, iqtisadi və sosial-demoqrafık potensiala malik olan muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri əks olunub. 

Fundamental əsərdə Naxçıvan Muxtar Respublikasının siyasi-coğrafi və iqtisadi-coğrafi mövqeyi, öyrənilməsi tarixi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, demoqrafik proseslərin inkişaf meylləri və əhalinin məskunlaşması, sənaye, kənd təsərrüfatı və infrastrukturun əsas sahələri araşdırılmaqla, inzibati-ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə geniş təhlil edilib.

Nəşrin elmi redaktorları Coğrafiya İnstitutunun əməkdaşları – c.ü.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Eyyubovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.