AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib.
Belə ki, bugünlərdə görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindən muzeyə nadir kitablar daxil edilib. Nəşrləri alimin qızı, muzeyin Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova hədiyyə edib.
Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.