Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Seulda keçirilmiş beynəlxalq konfransda iştirak edib
04.11.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Seulda keçirilmiş beynəlxalq konfransda iştirak edib

01-02 noyabr 2013 tarixlərdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva Cənubi Koreyanın Çunan Universitetində (Chung-Ang University) “Asiya idrakının coğrafiyası” mövzusunda keçirilən idrakla bağlı müqayisəli elmlər üzrə IV beynəlxalq konfransda (ICCSM) iştirak edib.

 

Konfransda “Müasir fəlsəfi və mədəni təmayüllər və müasirlik nöqteyi-nəzərindən qeyri-Qərb cəmiyyətlərində ictimai şüurun inkişafına dair” mövzusunda məruzə edən R.Rzayevanın çıxışı maraqla qarşılanıb.

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, dünyanın 11 ölkəsindən nümayəndənin iştirak etdiyi konfransda R.Rzayeva yeganə azərbaycanlı iştirakçı olub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: