Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına dair seminar keçirilib
21.02.2019 16:14
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına dair seminar keçirilib

AMEA-nın Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına müraciət qaydaları barədə maarifləndirici seminar keçirilib. 

Seminarı institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova açaraq proqrama müraciət qaydalarından danışıb.  

Sonra “Horizon-2020”nin milli əlaqələndiriciləri Fərid Seyfullayev və Zaur Həsənov  proqramın strukturu, hüquqi aspektləri, tədqiqatçıların qeydiyyatdan keçməsi, layihələrin yazılması, göndərilməsi və qiymətləndirilməsi haqqında məlumat verib, öz təcrübələrini bölüşüblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: