Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 89 illiyinə həsr olunmuş anım mərasimi keçirilib
18.08.2014 00:00
  • A-
  • A
  • A+

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 89 illiyinə həsr olunmuş anım mərasimi keçirilib

AMEA Şəki Regional Elmi Mərkəzində xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 89 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə şairlə bağlı unudulmaz xatirələrini bölüşüb. O, xalq şairinin bütün ömrü boyunca Azərbaycanın dərdi ilə dərdlənən, əsərlərində və çıxışlarında bunu daim diqqətdə saxlayan bir dahi olduğunu vurğulayıb.

Mərkəzin aparıcı mütəxəssisi, professor Firədun İbrahimov B.Vahabzadənin vətənpərvər bir şair olduğunu, bu səbəblə onun yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda, xüsusilə türk dünyasında da yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin mərkəzin ümumi işlər üzrə direktor müavini, Gənc alim və mütəxəssislər şurasının sədri Rahim Həsənov çıxış edib.

Sonra Reyhan Məcidovanın “Poeziyamızın günəşi öz misralarında”, Aygül Xəlilovanın “Ədəbiyyatımızın Bəxtiyar zirvəsi” və Günel Musayevanın “Əbədi yaşar şair Bəxtiyar Vahabzadə” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: