Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məhsəti Gəncəviyə həsr olunmuş kitab İspaniya İqtisadiyyat və Maliyə Kral Akademiyasının kitabxana fonduna daxil edilib
23.07.2014 00:00
  • A-
  • A
  • A+

Məhsəti Gəncəviyə həsr olunmuş kitab İspaniya İqtisadiyyat və Maliyə Kral Akademiyasının kitabxana fonduna daxil edilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun YUNESKO səviyyəsində 900 illik yubileyi qeyd edilən, XII əsrin görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən dünyanın 21 dilinə tərcümə olunmuş əsəri bir çox ölkələrin mədəniyyət mərkəzləri, kitabxanalar və elmi müəsisələrinə göndərilib.

Qeyd edək ki, 30 may 2014-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası və İspaniya İqtisadiyyat və Maliyə Kral Akademiyası arasında araşdırmaların daha da genişləndirilməsinə dair memorandum imzalanıb. İspaniya İqtisadiyyat və Maliyə Kral Akademiyasının kitabxanası ilə əməkdaşlıq əlaqələri qurmaq məqsədilə Nizami muzeyi tərəfindən kitabın ispan dilində olan nüsxəsi akademiyaya göndərilib və kitabxana fonduna daxil edilib.

Gələcəkdə muzey və İspaniya İqtisadiyyat və Maliyə Kral Akademiyası arasında kitab mübadilələri, konfransların təşkili və s. ortaq maraq kəsb edən tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: