Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qaxda tədqiqat işləri aparıb
24.07.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qaxda tədqiqat işləri aparıb

AMEA Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov və şöbənin əməkdaşları Qax rayonu, eləcə də İlisu Dövlət Təbiət Qoruğu ərazisində tədqiqat işləri aparıblar.

Ekspedisiya zamanı qoruğun bitki örtüyü, onun floristik tərkibi öyrənilib, zəngin herbari, toxum və digər rüşeym plazması materialları toplanılıb, Azərbaycanın “Qırmızı kitab”ına düşmüş nadir və nəsli kəsilməkdə olan bitkilərin populyasiyalarının vəziyyəti, ekobotaniki xüsusiyyətləri haqda məlumatlar əldə edilib. Meşə, subalp və alp qurşaqlarında aparılmış tədqiqatlarda bu qurşaqlara aid bir sıra növlərin arealları dəqiqləşdirilib. Tədqiqatlar zamanı Medicago, Vicia, Lathyrus, Lotus, Coronilla, Trifolium, subalp elementləri olan Gentiana, Senecio, Heracleum, Onosma, Lappula, Centaurea, Chenopodium, Astragalus, Hordeum, Bromus, Orthurus, Asplenium, Polypodium, Campanula, qiymətli dərman bitkilərindən Origanum, Hypericum, Thymus, Digitalis, Stachys, Salvia, Verbascum cinslərinə aid herbari nümunələri toplanıb.

Qeyd edilən herbari materialları institutun herbari fonduna, toxum materialları Milli Genbanka və artırılmaq üçün müvafiq laboratoriyalara veriləcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: