Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatına həsr edilən kitab nəşr olunub
13.03.2019 10:00
  • A-
  • A
  • A+

Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatına həsr edilən kitab nəşr olunub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” adlı monoqrafiyası çapdan çıxıb.

Nəşr son xalkolit (son mis-daş) dövründə - e.ə. IV minilliyin birinci yarısında Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatının tədqiqinə həsr olunub.

A.Ağalarzadənin tədqiqatına Azərbaycan ərazisində Leylatəpə mədəniyyətinə aid Leylatəpə, Adsıztəpə, Abdal-Əziztəpə, Şomulutəpə, Çinartəpə, Böyük Kəsik, Selaxan, Poylu, Ağılı Dərə və digər yaşayış yerləri və Soyuqbulaq kurqanları kimi abidələrin elmi araşdırılması zamanı aşkar edilmiş keramika materialı cəlb edilib. Tədqiqat əsərində Leylatəpə mədəniyyətinin keramikası Ön Asiya-Qafqaz kontekstində təhlil edilib. Leylatəpə mədəniyyətinə aid keramika məmulatının tədqiqi Cənubi Qafqazın qədim dövr sakinlərinin maddi və mənəvi mədəniyyətinin izlənilməsinə imkan verir. 

Monoqrafiyanın elmi redaktoru tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli, elmi rəyçiləri - tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Namiq Əliyevdir.

Kitab xalkolit dövrü üzrə ixtisaslaşan arxeoloq və tarixçilər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: