www.science.az
13.03.2019 14:37

Azərbaycanlı alimin kitabı Moskvada qırx il sonra yenidən çap olunub

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru Robert Qarayevin "Boru kəmərlərinin avtomat idarəetmə sistemlərinə informasiyanın yığılması və ötürülməsi" kitabı Moskvada yenidən çap olunub.

Nəşrdə magistral boru kəmərlərinin (neft boru kəmərlərinin, hasilat boru kəmərlərinin, qaz boru kəmərlərinin) idarəetmə sistemlərində telemexanik kanalların etibarlılığı və səs-küy toxunulmazlığı probleminə baxılır.

Müəllifin əldə etdiyi nəticələr keçmiş SSRİ-də ilkin olan MDX-64 və TM-100 “Trassa” boru kəmərləri üçün telemexanik komplekslərin işlənməsində istifadə olunub. Robert Qarayev bu komplekslərin aparıcı tədqiqatçılarından biri olub. Bu tədqiqatda azərbaycanlı alimlərlə yanaşı, Moskva, Sankt-Peterburq və “Serck Controls” ingilis şirkətindən olan mütəxəssislər də iştirak ediblər.

Hazırda kitab dissertasiya işlərində və Rusiya, Belarus, Ukrayna ali məktəblərinin metodik təlimatlarında istifadə olunur, həmçinin ali məktəblərin kitabxana fondlarına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.