Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2019 15:40
  • A-
  • A
  • A+

"Elm həftəsi" öz işini innovativ ideyaların təqdimatları ilə davam etdirib

"Elm həftəsi" öz işini innovativ ideyaların təqdimatları ilə davam etdirib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə keçirilən "Elm həftəsi" öz işini martın 13-də davam etdirib.

Tədbirin üçüncü günündə AMEA-nın Kimya Elmləri Bölməsinə (KEB) daxil olan elmi müəssisə və təşkilatlarda əldə edilmiş mühüm elmi nəticələr, o cümlədən innovativ ideyalara dair təqdimatlar nümayiş olunub.

Mərasimdə YT Parkın infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini, h.ü.f.d. Məmməd Bağırzadə, Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı, eləcə də Azərbaycan Texniki Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə KEB-in müəssisələrindən əlavə, BANM-ın tələbələri - Elmar Əsgərzadə, Murad Rəhimov və Gülşən Cabbarzadə YT Park tərəfindən "Elm həftəsi" çərçivəsində keçirilən "Ən yaxşı innovasiyalı ideya", "Ən yaxşı innovasiyalı layihə" və "Ən yaxşı innovasiya məhsulu" üzrə müsabiqəyə dair təqdimatlarını nümayiş etdiriblər.

Təqdimatlardan sonra qonaqlar üçün qurumun ərazisində biznes tur təşkil olunub.

İştirakçılar YT Parkın rezidentləri - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin, o cümlədən İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsi, o cümlədən burada hazırlanan qoruyucu jiletlərlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: