Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da “Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçiriləcək
20.08.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-da “Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 25-də AMEA Ədəbiyyat İnstitutunun konfrans zalında böyük mütəfəkkir, şair, filosof Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, AMEA-nın dəstəyi ilə təşkil olunacaq tədbirdə Tacikistan, Azərbaycan, İran və Əfqanıstandan olan alimlərin məruzələri dinləniləcək, Cami yaradıcılığına dair ədəbi-fəlsəfi müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: