Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2019 15:05
  • A-
  • A
  • A+

“Azərbaycan dilçiliyinin tarixi” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan dilçiliyinin tarixi” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elm gününə həsr olunan “Azərbaycan dilçiliyinin tarixi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlər haqqında məlumat verib. Akademik Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamının ölkəmizdə elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra professor İsmayıl Məmmədli “Akademik Məmmədağa Şirəliyevin həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosentlər -  Sevinc Məmmədova “Dilçiliyimiz: dünən, bu gün və sabah”, Şəbnəm Həsənli Qəribova “Orta əsrlərdə elmi üslub” və Türk dilləri şöbəsinin kiçik elmi işçisi Dilbər Camali “Azərbaycanda türkoloji dilçiliyin tarixi” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: