Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktorları

Əliyev Ziyatxan Seyfəddin oğlu

 

Veb-sayt  
Anadan olduğu yer Gürcüstan Respublikası, Qardabani rayonu, Qaracalar kəndi
Təvəllüdü 08.03.1965
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Riyaziyyat üzrə elmlər doktoru
Elmi rütbəsi Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun ad


 

01.01.01

Riyazi analiz

Bəzi xəttiləşdirilməyən məxsusi qiymət məsələlərinin məxsusi elementlərinin (funksiyalarının) xassələri

Doktorluqdissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

01.01.01

Riyazi analiz

Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib diferensial operatorların spektral xassələri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

64

 

26

21

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

- fəlsəfədoktorlarının sayı

- elmlər doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri Xəttiləşdirilməyən qeyri-xətti məxsusi qiymət məsələlərinin ümumi halda bifurkasiya nöqtələrinin varlığı üçün kafi şərtlər verilmiş, bifurkasiya nöqtələrinin strukturu müəyyənləşdirmiş, bifurkasiya intervallarından budaqlanan kontinuumlar çoxluğunun birləşməsinin özünü aparması haqda alternativ isbat etmişdir.

Sərhəd şərtinə spektral parametr daxil olan dördüncü tərtib diferensial operatorların spektral nəzəriyyəsini qurmuşdur. Bu tip  operatorlar üçün: məxsusi ədədlərin həqiqi oxda  (kompleks müstəvidə) yerləşməsinin ümumi xarakteristikasını müəyyənləşdirmiş; məxsusi və qoşulmuş funksiyaların altfəzalarının strukturunun tam təsvirini vermiş; məxsusi funksiyaların osillyasiya xassələrini tam öyrənmiş (belə ki, həm müsbət, həm də mənfi məxsusi ədədlərə uyğun məxsusi funksiyaların sıfırlarının sayını tapmış); məxsusi ədədlər və məxsusi funksiyalar üçün asimptotik düsturlar almış; məxsusi və qoşulmuş funksiyalar sisteminin altsisteminin fəzasinda bazis əmələ gətirməsi üçün zəruri və kafi şərtlər tapmışdır.

Uzun müddət dördüncü tərtib diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin bifurkasiyası demək olar ki, araşdırıl-mamışdır. Həm sərhəd şərtlərinə spektral parametr daxil olmayan, həm daxil olan dördüncü tərtib qeyri-xətti difernsial operatorlar üçün:  ( ) fəzasında qlobal bifurkasiyanın tədqiqində mühüm rol oynayan və (birinci komponentləri) xətti məsələnin məxsusi funksiyalarının osillyasiya xassələrinə malik olan funksiyalar (vektorlar) sinifləri qurmuş; xəttiləşdirilməyən məsələlərin bifurkasiya nöqtələrinin həqiqi oxda yerləşməsinin ümumi xarakteristikasını vermiş; xəttiləşdirilən və xəttiləşdirilməyən məsələlərin həlləri çoxluğunun yuxarıda qeyd olunan siniflərdə yerləşən konti­nuumlarının strukturunu və özünü aparmasını tam öyrənmişdir.

Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun –Pontryaqin fəzasında öz-özünə qoıma olduğu halda məxsusi ədədlərin hiəqiqi oxda  (kompleks müstəvidə) yerləşmə-sinin ümumi xarakteristikasını və məxsusi və qoşulmuş funksiyaların altfəzalarının strukturunun tam təsvirini vermiş; məxsusi funksiyaların osillyasiya xassələrini öyrənmiş; məxsusi və qoşulmuş funksiyalar sisteminin altsisteminin fəzasinda bazis əmələ gətirməsi üçün zəruri və kafi, kafi şərtlər isbat etmişdir.

Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun –Pontryaqin fəzasında öz-özünə qoıma olduğu (xüsusi) halda məxsusi və qoşulmuş funksiyalar sisteminin altsisteminin fəzasinda bazis əmələ gətirməsi üçün zəruri və kafi şərtlər tapmışdır.
Elmi əsərlərinin adları 1.Алиев З.С. Базисные свойства в пространстве  систем корневых функций одной спектральной задачи  со спект-ральным параметром в граничном условии  //  Дифференц. уравнения, 2011, т.46, № 6, с.764-775

2.Aliyev Z.S., Kerimov N.B. Spectral properties of the diffe-rential operators of the fourth-order with eigenvalue parameter dependent boundary condition  // International Journal of Mathe-matics and Mathematical Sciences, Volume 2012  (2012),  Article ID 456517, 29 p.

3.Керимов Н.Б., Алиев З.С., Агаев Э.А.  Об осцилляции соб-ственных функций одной спектральной задачи четвертого порядка  //  Доклады РАН, 2012, т.444, №3, с.250-252.

4.Алиев З.С. О базисных свойствах корневых функций одной краевой задачи  со спектральным параметром в гранич-ных условиях  //  Доклады РАН, 2013, т.449, №1, с.7-10

5.Алиев З.С., Дуньямалиева А.А. Базисные свойства корне-вых функций задачи Штурма-Лиувилля со спектральным параметром в граничных условиях  //  Доклады РАН, 2013, т.450, №6, с.1-4.

6.Aliyev Z.S. Some global results for nonlinear fourth order eigenvalue problems // Cent. Eur. J. Math., 2014 (in press),  DOI: 10.2478/s11533-014-0416-z. 

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti BDU-nun “riyazi analiz” kafedrası

1990-cı ildən başlayaraq BDU-nun  Riyazi analiz  kafedrasında assistent (1990-1992), baş müəllim (1992-2005), dosent əvəzi (2005-2008), dosent ( 2008-2014) vəzifələrində işləmişdir. 2014-cü ilin mart ayından riyazi analiz kafedrasında professor əvəzi vəzifəsində çalışır.

Digər fəaliyyəti   
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA Riyaziyyat və Mexanika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Vəzifəsi Aparıcı elmi işçi
Xidməti tel.  
Mobil tel. (+994 50) 3092000
Ev tel. (+994 12) 5392010
Faks  
Elektron poçtu z_aliyev@mail.ru