Anadan olduğu yer | Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kəndi | ![]() |
Təvəllüdü | 01.08.1950 | |
Bitirdiyi ali təhsil müəssisəsi | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi | |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
03.00.02 Biofizika Ali bitkilərdə və yosunlarda fotosistem 2 reaksiya mərkəzlərində feofitinin fotobərpası |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
03.00.12 Bitki fiziologiyası və biokimyası Fotosistem 2-nin funksional təşkili və inaktivləşməsi |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
- xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
500-dən çox elmi əsər və 8 kitab
426
245 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 6 | |
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
8 2 |
|
Əsas elmi nailiyyətləri |
Thomson Reuters agentliyinin 2016-ci il üçün reytinqinə uyğun olaraq (Web of Science məlumatları əsasında) müəllif "Biologiya" nominasiyasında Rusiyada ən çox istinad olunan alimi seçilib (bax: http://fano.gov.ru/ru/press-center/card/?id%204=37655 ; əlavə bax http://scholar.google.ru/citations?user=rjzSITcAAAAJ&hl=en; https://www.researchgate.net/profile/Suleyman_Allakhverdiev2 Müəllif tərərfindən fotosistem 2 (FS-2) elektron-nəqliyyat zəncirin əsasında duran ilkin mexanizmləri araşdırılmış, feofitin molekulunun FS-2 reaksiya mərkəzində aralıq akseptoru olduğu tapılmış, və təsdiq edilmişdir. Feofitinin iştirakı ilə fotosintez zamanı elektron daşınmasının enerji və kinetik sxemi təklif olunub və bu məlumat bütün dünyada fiziki-kimyəvi biologiya dərsliklərinə daxil edilib. DNT-mikroçiplərindən və fiziki-kimyəvi biologiya metodlarından istifadə etməklə bitkilərin fotosintetik aparatının ətraf mühitin əlverişsiz şəraitinə uyğunlaşmasının molekulyar mexanizmləri öyrənilib. Hal- hazırda nanobiotexnologiya sahəsində yeni istiqamət olan - alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin alınması məqsədilə zülal sistemlərindən istifadə etməklə süni fotosintez sisteminə dair tədqiqatlar uğurla davam etdirilir. |
|
Elmi əsərlərinin adları | http://www.cellreg.org/Suleyman_publist.php saytına bax | |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | Amerika kimyaçılar cəmiyyətinin üzvü;
Fotositez tədqiqatçıları beynəlxalq cəmiyyətinin üzvü; Rusiya Fotobioloqlar cəmiyyətinin üzvü; Rusiya Bitki fizioloqları çəmiyyətinin üzvü; Rusiya Biokimyaçılar və Molekulyar bioloqlar cəmiyyətinin üzvü |
|
Pedaqoji fəaliyyəti |
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasının professoru; Moskva fiziki-texniki institutunun biologiya və tibbi fizika fakültəsinin professoru. |
|
Digər fəaliyyəti |
Rusiya Elmlər Akademiyasının (REA), Bitki fiziologiyası İnstitutunun İdarəolunan fotobiosintez laboratoriyasının rəhbəri, Moskva; REA Biologiyanın fundamental problemləri İnstitutunda baş elmi işçi, Puşino, Moskva vilayəti; Koreya elmi-texniki institutununa dəvət olunmuş adjunkt professor, Daequ, Koreya Respublikası; «International Journal of Hydrogen Energy» (Elsevier) jurnalının redaktor müavini; «Photosynthesis Research» (Springer) jurnalının redaktor müavini; «BBA Bioenergetics» (Elsevier) jurnalının redaktor müavini; «Functional Plant Biology» (CSIRO Publishing) jurnalının redaktor müavini; «Photosynthetica» (Springer) jurnalının redaktor müavini; 15 beynəlxalq jurnalların redkollegiya üzvü |
|
Təltif və mükafatları | ||
Əsas iş yeri və ünvanı | Molekulyar Biologiya və Biotexnologiyalar institutu, AZ1073, Bakı şəh., Mətbuat prospekti, 2A | |
Vəzifəsi | Bionanotexnologiya laboratoriyasının müdiri | |
Xidməti tel. | ||
Mobil tel. | +7 925 1316996 | |
Ev tel. | ||
Faks | (+994 12) 5102433 | |
Elektron poçtu | suleyman.allakhverdiev@gmail.com |