Veb-sayt | ![]() |
|
Ünvan | AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 | |
Tel. | (+994 12) 4902476 | |
Faks | (+994 12) 4903520 | |
Elektron poçtu | ||
Baş direktor |
Akademik Vaqif Məhərrəm oğlu Abbasov Xidməti tel.: (+994 12) 4902476; (+994 12) 4903703 Mobil tel.: (+994 50) 3136240 Faks: (+994 12) 4903520 E-poçt: vagif_abbasov@hotmail.com; |
|
Direktor müavinləri | Elmi işlər üzrə
Təranə Aslan qızı Məmmədova Texnika üzrə fəlsəfə doktoru Mobil tel.: (+994 50) 4735085 E-poçt: mammadova.tarana@rambler.ru Elmi işlər üzrə Texnika üzrə elmlər doktoru Xidməti tel.: (+994 12) 4895086 Mobil tel.: (+994 50) 2297758 E-poçt: ibragimov-khikmet@rambler.ru Nazim-Hikmət Saleh oğlu Əsədov Kimya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 4902625 Mobil tel.: (+994 50) 3777760 Faks: (+994 12) 4903520 E-poçt: azmea_nkpi@box.az |
|
Elmi katib | ||
Yaranma tarixi | 1920-ci ildə “Azneft” birliyi nəzdində mərkəzi kimya laboratoriyası yaradılmışdır.
1929-cu ildə onun bazasında Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradıldı. Həmin tarix indiki NKPİ-nin yaradılma tarixi hesab olunur. 1945-ci ildə AZNTİ əsasında 2 institut yaradılıb: Azəebaycan Neftçıxarma Elmi Tədqiqat İnstitutu və Azərnaycan Neft və qaz emalı Elmi Tədqiqat İnstitutu (AZNEET). 1959-cu ildə akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə bu iki institutvə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunun bir sıra laborato-riyaları əsasında Elmlər Akademiyası sistemində Neft-kimya Prosesləri İnstitutu yaradılmışdır. Yeni yaradıl-mış bu institut respublikada və ölkədə ən böyük və aparıcı elmi mərkəzə çevrilmişdir. 1962-ci ildə instituta akademik Y.H.Məmməd-əliyevin adı verilmişdir. Yarandığı tarixdən bu günə kimi İnstituta görkəmli kimyaçı alimlər rəhbərlik etmişlər: akademik M.F.Nağıyev - (1959-1962), akademik V.S.Əliyev - (1962-1987), akademik M.İ.Rüstəmov - (1987-2011), 2011-ci ildən bu günədək İnstituta AMEA-nın müxbir üzvü, k.e.d. V.M.Abbasov rəhbərlik edir. |
|
Əsas fəaliyyət istiqamətləri |
|
|
İnstitutun yeni elmi istiqamətləri |
|
|
Yeni elmi istiqamətlərin əsasi olan fundamental işlər və tədqiqatlar |
|
|
Əsas elmi nəticələr |
Azərbaycanın perspektiv dəniz neft yataqlarının neftləri tədqiq olunmuş, onların perspektiv reaktiv və dizel yanacaqlarının, avtomobil benzinlərinin və sürtgü yağlarının alınmasının təmin edən səmərəli emal texnologiyalarının elmi əsasları işlənib hazırlanmışdır. Metallik alüminium və haloid alkilləri əsasında kom-pleks katalizatorlarının yeni modifikasiyaları yaradıl-mış, onlardan istifadə etməklə naftalinin, toluol-ksilol fraksyalarının, benzolun, etilbenzolun və.s faydalı məhsulların alınmasını təmin edən piroliz prosesinin maye məhsullarının emalının kompleks sxemi işlənib hazırlanmış və Sumqayıt “SK” Zavodunda tətbiq edilmişdir. Katalitik krekinq, kokslaşma və piroliz proseslərindən alınan aşağı temperaturlarda qaynayan fraksiyaların, bir və ikiatomlu spirtlərin əsasında seolittərkibli kata-lizatorlardan istifadə etməklə avtomobil benzinləri üçün oksigenli əlavələrin alınması texnologiyası işlə-nib hazırlanmışdır. O cümlədən bioetanol və pirolizin C4 fraksiyası əsasında etil-üçlü-butil efirinin istehsal texnologiyası Sumqayıt regionunda Tural-110 firma-sında həyata keçirilmişdir. Sirkonium, nikel, kobalt, molibden və başqa keçid metalların əsasında karbohidrogenlərin oksidləşməsi, oliqomerləşməsi və polimerləşməsi prosesləri üçün yeni homogen katalizatorlar yaradılmışdır. Onların bir sıra çevrilmələrində və suyun aşağı temperaturlu ter-mokatalitik parçalanmasında redoks, turşu-əsası və metal üzvi mexanizmlərin qoşalaşması hallarının mövcudluğu aşkar edilmişdir. Reaksiyaya qabil, hibridləşmiş yeni oliqomerlərin, akrilat monomerləri əsasında yeni modifikatların, bakterisidlərin, sistem herbisidlərin, ətirli maddələrin və s. kiçik tonnajlı məhsulların alınma üsulları işlənib hazırlanmışdır. Yerli xammal əsasında neftçıxarmada və neft emalında istifadə olunan yeni reagentlər və kimyəvi preparatların (inhibitor, deemulqator, köpükəmələ-gətiricilər, həlledicilər və.s) alınma texnologiyaları yaradılmış və sənayedə tətbiq olunmuşdur. Neft və onun ağır qalıqlarının CO2-nin iştirakı ilə ifrat kritik şəraitində asfaltsızlaşdırılması texnologiyası iş-lənib hazırlanmışdır. Neft kimyası və neft emalı pro-sesləri üçün ekoloji təmiz ion mayeləri texnologi-yasının yaradılması istiqamətində tədqiqatlar aparılır. Neft fraksiyalarının aromatik karbohidrogenlərdən təmizlənməsi üçün yeni termotrop ion-maye tərkibli ekstraqent sistemləri aşkar edilmişdir. Neft, qaz emalı və neft-kimya sənayesinin inkişaf konsepsiyası tərtib edilmişdir. İnstitutun işləri və əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətlən-dirilmiş və son 20 ildə 60-dan çox orden, medal, diplom və s. ilə təltif olunmuşlar. İnstitutun 15 əməkdaşı “Azərbaycanın Əməkdar Elm xadimi” və “Əməkdar elm və texnika xadimi” fəxri adına, 9 nəfər akad. Y.H.Məmmədəliyev adına medalla, 5 nəfər “Şöhrət” ordeni ilə (2002-2005) və 12 nəfər “Tərəqqi” medalı ilə (2005-2010, 2016) təltif olunmuş, 3 alimə fərdi prezident təqaüdü (2004, 2005, 2012) verilmiş, 4 nəfər “Əməkdar müəllim” (2000, 2005, 2007, 2009) adına, 3 nəfər “Əməkdar mühəndis” (2005, 2009) adına layiq görülmüşdür. 2002-ci ildə akademik M.İ.Rüstəmov, 2006-cı ildə akademik M.Ə.Məmmədyarov və 2009-cu ildə AMEA-nın müxbir üzvü, k.e.d., professor V.M.Abbasov İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən elm və texnologiya sahəsində apardıqları işlərə görə medal, diplom ilə təltif olunmuşlar. 2005-cü ildə İslam İnkişaf Bankının mükafatı ilə, 2009-cu ildə elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən “Avropa keyfiyyəti” mükafatına layiq görülmüşdür. Akademik V.M.Abbasov “The Name in Science” (“Elmdə Ad”) fəxri adına layiq görülmüş, 2013-cü ildə isə Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir (İngiltərə); Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və Uluslararası Altın Yıldız Madalyasına layiq görül-müşdür (Türkiyə, Ankara); bundan başqa o, təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü seçilmiş və Kuratorluq və Elmi Şuranın qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuş, 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası tərəfindən Türk Dünyası Elminə, Təhsilinə və İqtisadiyyatına etdiyi üstün xidmətlərinə görə Uluslararası Atatürk ödülünə layiq görülmüşdür. AMEA-nın müxbir üzvü, t.e.d., prof., Əməkdar Elm xadimi F.İ.Səmədova 2009-cu ildə Emmanuel Nobelin 130 illiyinə həsr olunmuş xatirə medalı ilə mükafatlandırılmış, 2012-ci ildə isə Beynəlxalq Biznes Klubunun Ekspert Şurasının üzvü, Avropa təbiətşünaslıq Akademiyasının Elmi Şurasının qərarı ilə təbiətşünaslıq elminə verdiyi töhfələrə görə A.Humbolt adına medalla təltif olunub və “Avropanın Fəxri alimi” adına layiq görülmüşdür. Akademik A.H.Əzizov Azərbaycan Əməkdar Elm Xadimi adına layiq görülmüş (2009) və AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur (2013-cü il). Akademik V.M.Abbasov Xudu Məmmədov adına Beynəlxalq mükafatın diplomuna layiq görülmüşdür (2014). Akademik V.M.Abbasov Avropa Elmi Cəmiyyətinin Elmi məsləhəti, Beynəlxalq Cəngavərlər Assosiasiyası və Avropa Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarı ilə elm sahəsindəki fəaliyyətinə görə Avropa Əməkdar Elm Xadimi adına layiq görülmüşdür (2014). Akademik V.M.Abbasov Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Xidmətə Görə” Böyük Gümüş Xaç Ordeninə layiq görülmüşdür (2014). Akademik M.Ə.Məmmədyarov akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur (2014-cü il). Akademik M.Ə.Məmmədyarov “Şərəf” ordeni ilə təltif olunmuşdur (2014). Akademik M.İ.Rüstəmov akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur (2015-ci il). AMEA-nın müxbir üzvü F.İ.Səmədova akademik Yusuf Məmmədəliyev adına mükafatla təltif olunmuşdur (2016-cı il). Tətbiq olunan və tətbiqə hazır işlər aşağıda göstərilir 1. Yüksək oktanlı aviasiya benzininin istehsalı təşkil olunmuşdur (NEZ, Bakı). – 1942-ci il 2. Yüksək oktanlı aviasiya benzininin komponenti olan kumolun alınma prosesi işlənib hazır-lanmışdır (NEZ, Bakı və SSRİ). – 1946-cı il 3. İlk dəfə SSRİ-də Bakı neftinin əsasında termostabil aviasiya yanacaqları T-1 (1947) və T-5 (1951) istehsalı təşkil olunmuşdur. 4. İlk dəfə SSRİ-də sürtgü yağlarının donma temperaturunu aşağı salan depressator aşqarları alınmışdır (NEZ, Bakı və SSRİ-i). – 1948-ci il 5. Termiki krekinq proseslərinin intensivləşdirilməsi və qurğuların modernləşdirilməsi (NEZ, Bakı) həyata keçirilmişdir. – 1948-ci il 6. Sürtgü yağları üçün yeni növ depressator aşqarları alınmışdır (NEZ, Bakı və SSRİ). - 1951-ci il 7. İlk dəfə SSRİ-də 1B (1953), 1A,1A/1M (1957-1961-ci illər) tipli qurğularda qaynar laylı xırda dispersli katalizatorun iştirakı ilə katalitik krekinq prosesi tətbiq edilmişdir (NEZ, Bakı, Ryazan, Yaroslavl, Ufa, Polşa, Rumıniya). 8. İlk dəfə SSRİ-də katalizatorun yarımyüksələn və birbaşa yüksələn axın ilə proqressiv texnoloji sxemləri və reaktor konstruksiyaları işlənib hazırlanmışdır. – 1960-cı il 9. Dünyada ilk dəfə olaraq “Azəralüminium” zavodunda alüminium oksidi almaq məqsədi ilə alunitin “qaynar” layda yanması və reduksiyası üçün qurğu yaradılmışdır (Gəncə ş.). - 1966-cı il 10. Butadien stirol oliqomeri əsasında örtük əmələ gətirən birləşdirici tərkib alınmışdır (TİZ NKPİ). – 1968-1970- ci illər 11. Yüksək cərəyan keçirən naqilli transformatorlar üçün aşağı donma temperaturu olan yağların (1970), K-12, K-19 kompressor (1999-cu il) və AK-15 (2002-ci il), T-46 (2008-ci il) turbin yağının alınması texnologiyaları işlənib hazırlanmışdır (NEZ, Bakı). 12. Elektron sənayesi üçün plastifikator – stabilizator (EPST) yaradılmışdır. – 1970- ci il 13. Oliqodivinilstirol (ODS) lakı alınmışdır. – 1970-1988-ci illər 14. Plastiazan tipli plastifikatorlar alınmışdır. – 1972-cil 15. Etilləşməmiş yüksək oktanlı Aİ-93 avtomobil benzininin bilavasitə katalitik krekinq prosesilə alınması (H.Əliyev adına NEZ, Bakı). – 1975-1980-ci illər 16. İlk dəfə SSRİ-də dizel yanacağının və az özlülük yağların parafinsizləşdirmə prosesi işlənib hazırlanmışdır (NEZ Bakı, Moskva, Ufa, Novokuybeşev, Sizran, Volqoqrad). – 1976-cı il 17. Quruducu agent QA-1 (1976-cı il), oliqo-polimer kompozisiyalar (1977-ci il), səthi-aktiv maddələr (SAM - 1978-ci il), təbii gönlərin və xəzli dərilərin aşılanması üçün yağın istehsalı (məişət kondisionerləri zavodu, Volqodonsk kimya kombinatı) təşkil olunmuşdur. 18. Yüksək təmizlik dərəcəsi olan alfa-naftolun alınması prosesi işlənib hazırlanmışdır (TİZ NKPİ). – 1976-1982- ci illər 19. Epoksid kompozisiyaları üçün bərkidicilər və ekoloji zərərsiz sənaye dibutil (oktil) ftalat plastifikator - PVX kompozisiyaları alınmışdır. – 1978-1985-ci illər 20. İşlənib hazırlanmış “Yüksələn və “yarım yüksələn” axınlı katalizatorları olan reaktor sistemində neft xammalının ikipilləli katalitik krekinq prosesi yaradılmışdır (NEZ, Bakı). – 1980-ci il 21. Neftin benzin fraksiyaları və platforminq qaz-kondensatlarından benzolun alınma prosesi işlənib hazırlanmışdır (Sumqayıt neft kimya kombinatı). – 1980-ci il 22. Beton qarışıqları üçün “40-03” superplastifikatoru yaradılmışdır (ВНИИЖБ, “Polimod Assosa¬siya”, “Оргсинтез”, “Новомосква” zavodu, Moskva ş.). – 1980-1990-cı illər 23. Yeni sintetik ətirli maddələr, ketonlar (1980-1981-ci illər) və laktonlar (1987-1988-ci illər) işlənib hazırlanmışdır (“Effekt”-parfyumer-kosmetik fabriki, Xarkov və ВНИИСНДВ Kaluqa). 24. Butanın “qaynar” layda dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır (Sumqayıt ş. SK” zavodları və Sterlitamak). – 1980-1981-ci il 25. “Arien” adlı neftpolimer qatranının alınması prosesi işlənib hazırlanmışdır – 1984-1986-cı illər. 26. Poliolefinlər üçün polifunksional stabilizator STANAZ (nikel, O, O-difenilditiofosfat) alınmışdır. – 1984-1986-cı illər 27. Pirokondensatın C8-C9 fraksiyası əsasında neftpolimer qatranının alınması prosesi işlənib hazırlanmışdır (NEZ “Neftqaz”, Bakı və “Slantsı” Leninqrad vilayəti). – 1985-1990-cı illər 28. Neft süxurlarına təsir edən yeni ekobiotexnologiya yaradılmışdır (NQÇİ Azərbaycan). – 1984-2011-ci illər 29. “ВФИКС – 82” çoxfunksiyalı korroziya və duzçökmə inhibitorı 1983-cü ildə SSRİ Neft Sənayesi Nazirliyinin qərarı ilə tətbiqə qəbul olunub və Təcrübə-Sənaye istehsalı təşkil olunmuş, Rusiya Federasiyasının, Qazaxstanın, Ukraynanın, Azərbaycanın neftçıxarma sənayesində istifadə olunub. 1986-cı ildə bu inhibitorun qış modifikasiyası olan “AZƏRI” inhibitoru yaradılıb. Rusiya Federasiyası onun alınma texnologiyasını lisenziya ilə almış və gücü ildə 20000 ton olan sənaye qurğusu istifadəyə verilib (Başqırdıstanın Meleuz şəhərində). “AZƏRI” inhibitoru 1988-2013-cü illərdə istehsal olunmuş, Rusiya, Ukrayna və Türkmənistanın neft çıxarma sənayesində 26454 ton miqdarında istifadə olunub. 30. C4-C5 parafinlərinin dehidrogenləşdirilməsi üçün yeni yüksək effektli katalizator (6A-24) işlənmişdir (“Oргсинтез” İB, Sumqayıt ş.). – 1986-1987-ci illər 31. Kəsici və hamarlaşdırıcı alətlər üçün fenolformaldehid qatranı əsasında bərkidici sürtgü hazırlanmışdır (Kamaz İB, Aviasiya zavodu İB (Perm), Vertolyot zavodu (Kazan), Cihazqayırma zavodu (Gəncə ş.), Məişət kondisionerləri zavodu (Bakı)). – 1987-1988-ci illər 32. Neftin suxurlardan çıxarılması üçün suda həll olunan polimerlər alınmışdır. – 1987-1992-ci illər 33. Kapilyar defektoskopiyası üçün penetrant kimi “ŞIRVANOL” adlı neft lüminoforları işlənib hazırlanmışdır (AТОММАШ Leninqrad ş., ТЯЖМАШ Moskva ş.). – 1988-1990-cı illər 34. Qazma prosesində su uducu suxurlar üçün izolyasiya reagenti alınmışdır. – 1987-1992-ci illər 35. 1992-ci ildə dünyada analoqu olmayan BEPİKOR dəri aşılayıcı maddə yaradılmış, 1993-cü ildə 24 ton istehsal olunmuş və Türkiyənin “Günder Deri” fabrikində sənaye sınağından keçib, istifadəyə qəbul olunmuşdur. 36. Müxtəlif polimer materialları üçün antioksidantlar alınmışdır. – 1987-ci il 37. Etilendən xətti α-olefinlərin alınma üsulu (Səudiyyə Ərəbistan, SABİC şirkəti) – 2005-2013-cü illərdə tətbiq olunmuşdur. 38. Etilendən yüksək keyfiyyətli sintetik sürtgü yağlarının alınması üçün birmərhələli texnologiya işlənib hazırlanmışdır. – 1989-cu il 39. 1,4 tsispolibutadienin alınması üçün katalizatorlar işlənib hazırlanmışdır. – 1989-cu il 40. Butan-butilen fraksiyası, təkrar emal benzinlərinin yüngül fraksiyaları və sadə efirlər əsasında yüksək oktanlı əlavələrin istehsal texnologiyası yaradılmışdır. – 1989-cu il 41. Keçmiş SSRİ-də yeni nəsl Г-43-107 katalitik krekinq qurğusu yaradılmışdır (ВНИИНП, ГрозНИИ). Keçmiş SSRİ-də bu qurğu Moskva, Mojekyay, Ufa, Pavlodar, Anqarsk, Lisiçansk, Bolqarıstanın Burqas şəhərlərində və Bakıda yaradılmışdır. Hal-hazırda H.Əliyev adına BNEZ-də bu qurğu fəaliyyət göstərir. 42. Krekinq prosesində kokslaşmış katalizatorun regenerasiyası zamanı CO-nun CO2-yə yanması üçün promotorlar yaradılmışdır. 43. Piroliz prosesinin C5 fraksiyasından tsiklopenten, tsiklopentadien və norbornenin istehsal texnologiyası işlənib hazırlanmışdır. – 1991-ci il 44. Parafinsizləşdirmə, selektiv təmizlənmə və asfaltsızlaşdırma proseslərinin tətbiqi ilə M-8, M-8B, M-10Q2 baza yağlarının alınma texnologiyası işlənib hazırlanmışdır (NEZ, Bakı). - 1994-cü il 45. Stereomüntəzəm polibutadien kauçuklarının alınması prosesi üçün yeni bifunksional nikel-tərkibli katalitik sistemlər işlənib hazırlanmışdır (Rusiya, Yefremov şəhəri SK zavodu) – 1994-1995-ci illər 46. 1995-ci ildə dünyada analoqu olmayan “KASPI-X” korroziya inhibitoru yaradılıb və bu inhibitorun təcrübə-sənaye istehsalı təşkil olunub. Hal-hazırda H.Əliyev adına BNEZ-də tətbiqə başlanılıb. 47. Hidravlik mayenin baza məhsulunun alınması üsulu işlənib hazırlanmışdır (TSZ NKPİ) – 1996-1997-ci illər 48. 1997-ci ildə “PARKORIN-1” parafinçökmə inhibitoru yaradılıb və Azərbaycanın neft səna-yesində sənaye sınağından keçirilərək tətbiq olunmuşdur. 49. Azərbaycanda yanacaq və yağ istehsalının mərhələli inkişafının perspektiv kompleks sxemləri işlənib hazırlanmışdır. (H.Əliyev adına Bakı NEZ – 1997-ci il, “Azərneftyağ” NEZ – 1998-ci il) 50. Asfaltbeton qarışığı alınmışdır. – 1998-ci il 51. 1998-ci ildə “XƏZƏR” deemulqatoru yaradılmış və həmin ildən H.Əliyev adına BNEZ-də istifadə olunur. 52. 1998-ci ildə “BAKI” ərp həlledicisi işlənib hazırlanmış və ölkənin NEZ-də istifadəsinə başlanmışdır. 53. 2000-ci ildə “KASPI” korroziya inhibitorunun təcrübə-sənaye istehsalı təşkil olunmuş və H.Əliyev adına BNEZ-də istifadəsinə başlanmışdır. 54. 2000-ci ildə yanğınsöndürmə üçün həm şirin suda, həm də dəniz suyunda davamlı köpük yaradan köpükəmələgətirici (NKPİ-34-2) işlənib hazırlanmış və tətbiqə qəbul olunmuşdur. 55. Yüksək özlülük indeksli yarımsintetik yağların istehsal texnologiyası işlənib hazırlanmışdır. – 2000-2005-ci illər 56. Benzolun, etilbenzolun, neft-polimer qatranlarının, naftalinin və s. alınmasını təmin edən pirolizin maye məhsullarının kompleks emalı prosesi üçün metallik alüminium və alkilhalogenlərin əsasında katalitik komplekslərin yeni yüksək effektivli modifikasiyası işlənib hazırlanmışdır. (“Azərkimya”, Sumqayıt ş.). – 2001-2002-ci illər 57. Yeni katalitik kompleksin iştirakı ilə pirolizin maye məhsullarının kompleks emal sxemi işlənib hazırlanmışdır (“Sintez kauçuk” və SAM zavodu, Sumqayıt ş.). – 2002-ci il 58. Neftyığıcı və neft dispersləşdirici kompozisiya işlənib hazırlanmışdır. – 2002-ci il 59. Hidrotəmizləmə prosesinin tətbiqi ilə (Avro-2) dizel yanacağı alınmasının yeni texnologiyası işlənib hazırlanmışdır (H.Əliyev adına Bakı NEZ). – 2004-cü il 60. Sudan, duzdan, texniki qarışıqlardan neftin alternativ texnologiya ilə təmizlənməsinin işlənməsi və tətbiqi (“Azərneftyağ” NEZ). - 2004-2005-ci illər (Sənaye sınağı üçün təklif hazırlanmışdır) 61. İ-8А, i-12А, i-30А və i-40А. i-20В, i-30В sənaye yağlarının alınma texnologiyası (“Azərneftyağ” NEZ). – 2001-2013-cü illər 62. Ortadövrlü və azdövrlü dizel mühərrikləri üçün DT markalı yanacağın alınması (“Azərneftyağ” NEZ). - 2007-2013-cü illər 63. “Neft daşları” və “Günəşli” yataqlarındakı neft qarışıqlarından baza M-12 mühərrik yağının is-tehsal texnologiyası (“Azərneftyağ” NEZ). - 2008-ci il 64. 2011-ci ildə “XƏZƏR” (VFİKS-82) inhibitor-bakterisidi yaradılmış və ARDNŞ-nin neft mədənlərində laya su vurma sistemlərində istifadə olunmuşdur. 65. 2009-cu ildə “KASPI-X” (M) korroziya inhibitoru yaradılmış və H.Əliyev adına BNEZ-də kimyəvi təmizlənmiş su nəqli sistemlərini korroziyadan müdafiə üçün istifadəyə qəbul olunmuşdur. 66. 2012-2013-cü illərdə katalitik krekinq prosesində alınan yüngül qazoyl fleqması əsasında quru superplastifikator (beton qarışığına kimyəvi qatqı) alınmış və Təcrübə-sənaye Zavodunda, yenidən rekonstruksiya olunmuş qurğuda sınaq nümunələri alınmışdır. 67. Tərkibində benzolu az olan ekoloji əlverişli yüksək oktanlı avtomobil benzinin istehsal texnologiyası işlənib hazırlanmışdır. – 2009-2011-ci illər 68. Bioetanol və pirolizin C4 fraksiyası əsasında etil üçlü butil efirinin yeni istehsal texnologiyası işlənib hazırlanmışdır (“Tural -110 Azərbaycan”). – 2011-2012-ci illər 69. “NEFRAS” – neft həllediciləri alınmışdır (“Aşqarlar ASC” Sumqayıt ş.). – 2002-2012 –ci illər 70. Pestisid-2-morfolilmetil-4-metilfenolun kompleks duzu - 2013-cü il (Təcrübə-Sənaye Zavodun¬da sınaq nümunələri alınıb, hazırda pestisidin geniş çöl sınaqları aparılır). 71. Bioloji parçalanmaya qabil bitkilər üçün yeni ekoloji əlverişli boy maddəsi - 2011-2013-cü illər ərzində sınaqdan keçirilmiş və tətbiq üçün tövsiyə olunmuşdur. 72. Vitsinal dikarbon turşularının mürəkkəb efirlərinin alınması texnologiyası 1990-2013-cü il-lərdə Rusiyada sınaqlardan keçirilmiş və təcrübə-sənaye qurğusu tikilmişdir. Vertalyot yağının, plastik sürtgüsünün və saat yağının sınaq nümunələri alınmışdır 73. Biodizel yanacağının kavitasiya üsulu ilə alınmasının yeni texnologiyası işlənilib hazırlanmış, 2012-2013-cü illərdə kavitasiya prinsipli pilot qurğusu quraşdırılmış, sınaq nümunəsi alın¬mışdır. 74. Yanğınsöndürmə üçün bütün təbii sularda, o cümlədən dəniz suyunda işləyə bilən “NAFTAPEN” köpükəmələgətiricisi yaradılmış, Respublika Fövqaladə Hallar Nazirliyinin poliqonunda sənaye sınağından keçirərək tətbiq üçün tövsiyə olunmuşdur. 75. 2013-cü ildən yeni daha səmərəli azot və fosfor tərkibli kübrə yaradılmış, təcrübə sənaye nümunəsi alınmışdır. 2013-2014-cü illərdə müxtəlif bitkilərin əkildiyi sahələrdə uğurlu nəticələrlə sınaqdan keçirilmişdir. 76. 2014-cü ildə 2-morfolilmetilenil-5-metilfenolun kompleks duzu alınmış və üzümçülükdə oidium xəstəliyinə qarşı preparat kimi ET Üzümçülük və Şərabçılıq İnstitutunun üzüm sahələrində ilkin və geniş çöl sınaqlarının aparılması üçün təqdim edilmişdir. 77. 2014-cü ildə AMQ-10 hidravlik mayesinin alınmasının texnoloji sxemi verilmiş və prosesin texnoloji reqlamenti hazırlanmışdır. 78. 2014-cü ildə neft distilatlarından naften turşusunun üzvi absorbentlə çıxarılma texnologiyası işlənib hazırlanmış və pilot qurğusunda sınaqları uğurla başa çatmışdır. 79. Müalicəvi Naftalan neftinin yeni təmizlənmə üsulu ilə “Ağ Naftalan yağı”nın alınma texno¬logiyası işlənib hazırlanıb, AMEA-nın Təcrübə-Sənaye zavodunda təcrübə-sənaye sınaqlarından keçib. “AĞ NAFTALAN YAĞI” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçib (DV № 14-01172) və dərman preparatı kimi istifadəsinə icazə verilib. |
|
İşçilərinin ümumi sayı | 585 | |
Struktur bölmələri | İnformasiya və telekommunikasiya şöbəsi Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyası İnformatika və riyazi modelləşdirilmə Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası Sintetik yağlar laboratoriyası Ekstraksiya qrupu Monomerlər, oliqomerlər və kataliz şöbəsi Səthi-aktiv reagentlər və preparatlar laboratoriyası Funksional oliqomerlər laboratoriyası Neft-kimya prosesləri texnologiyası laboratoriyası Heterogen kataliz laboratoriyası Tsikloolefinlərin kimyası və texnologiyası laboratoriyası Alitsiklik funksional monomerlər laboratoriyası Polimerləşmə katalizi laboratoriyası Fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi Kataliz problemlərinin spektroskopik üsullarla tədqiqi laboratoriyası Spektroskopik analiz laboratoriyası Neft və neft emalı məhsullarının analiz laboratoriyası Fiziki-kimyəvi üsullarla tədqiqatlar laboratoriyası Neft və qazın kimyası və texnologiyası şöbəsi Katalitik krekinq və piroliz laboratoriyası Avtomobil benzinləri laboratoriyası Reaktiv və dizel yanacaqları laboratoriyası Bərpa olunan yanacaqlar laboratoriyası Nanotexnologiyalar və nanomateriallar laboratoriyası Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsi Korroziya inhibitorları və konservasiya materialları laboratoriyası Azottərkibli birləşmələr laboratoriyası Neft-qaz çıxarma və emalı sənayeləri üçün kimyəvi reagentlərin texnologiyası laboratoriyası Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyası Neft kimya sintezi şöbəsi Maye fazada oksidləşmə laboratoriyası Alitsiklik birləşmələr laboratoriyası Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyası Tsikloolefinlər laboratoriyası Elmi-texniki informasiya şöbəsi Neft və neft emalı məhsullarının standartlaşdırılması və metrologiya laboratoriyası Patent-lisenziya tədqiqatları qrupu Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma laboratoriyası Poliqrafiya-nəşriyyat qrupu Bioloji-aktiv reagentlərin sintezi və onların alınma texnologiyası Mühəndislik və layihələşdirmə şöbəsi |
|
Elmi şura - sədr - katib - üzvləri |
Abbasov V.M. Səidova A.A. İbrahimov H.C. (direktor müavini) Məmmədova T.A. (direktor müavini) Məmmədyarov M.Ə. (lab. müdiri) Səmədova F.İ. (lab. müdiri) Əlimərdanov H.M. (lab. müdiri) İsmayılov E.H. (şöbə müdiri) İbrahimova M.C. (şöbə müdiri) Qasımov A.Ə. (lab. müdiri) Həsənov A.H. (lab. müdiri) Hüseynova A.C. (lab. müdiri) Abbasova G.Q. (lab. müdiri) Əsgər-zadə S.M. (lab. müdiri) Quliyev A.D. (lab. müdiri) Məmmədov M.K. (lab. müdiri) Rəsulov Ç.Q. (lab. müdiri) Abdullayev E.Ş. (baş mühəndis) Əliyeva R.V. (lab. müdiri) Məmmədbəyli E.H. (lab. müdiri) Əliyeva S.Q. (lab. müdiri) Məmmədov C.Ş. (lab. müdiri) Əliyeva L.İ. (şöbə müdiri) Cəfərova R.Ə. (lab. müdiri) Ağamalıyev Z.Z. (şöbə müdiri) Talıbov A.H. (lab. müdiri) İsmayılov T.A. (lab. müdiri) Yusifov Y.H. (lab. müdiri) Quliyeva C.Q. (lab. müdiri) Abasov S.İ. (lab. müdiri) Əmiraslanova M.N. (lab. müdiri) Nuriyev L.H. (lab. müdiri) Ağayev B.K. (həmkarlar kom. sədri) Muxtarova G.S. (elmi katibin köməkçisi) Abdullayeva N.R.(gənc alimlər şurasının sədri) Pirəliyev A.G. (ap.e.i.) İsmayılov İ.T. (baş texnoloq) Əhmədli R.R. (təhsil şöbəsinin müdiri) |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - katib - üzvləri |
Abdullayeva Nərminə Rüfət qızı Seyidova Xəyalə Heydər qızı Cəbrayılzadə Şəbnəm Zakir qızı Bağırzadə Nigar Rasim qızı Səfərli İrana Almas qızı Quliyeva İlahə Məmmədəli qızı Həsənova Nadirə Vaqif qızı Cəlilova Arzu Akif qızı Paşayeva Ziyarət Nağı qızı Zamanova Lalə Sahib qızı İbrahimova Təhminə Əliyəddin qızı Ağabəyli Günel Bəhram qızı Əzizbəyli Afaq Rauf qızı Əzizbəyli Həmidə Rauf qızı Xamiyev Mətləb Cahangir oğlu Quliyev Fuad Vaqifoviç Qasımova Gülnar Fazil qızı Məmmədova Aygün Malik qızı Musayeva Nuranə Mustafa qızı Əhmədova Səbinə Arif qızı |
|
Dissertasiya şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
V.M. Abbasov (AMEA NKPİ) V.M. Fərzəliyev (AMEA AKİ) M.C. İbrahimova (AMEA NKPİ) M.İ. Rüstəmov (AMEA NKPİ) M.Ə. Məmmədyarov (AMEA NKPİ) F.İ. Səmədova (AMEA NKPİ) H.C. İbrahimov (AMEA NKPİ) A.H. Həsənov (AMEA NKPİ) A.C. Hüseynova (AMEA NKPİ) A.Ə. Qasımov (AMEA NKPİ) M.K. Məmmədov (AMEA NKPİ) S.M. Əskər-zadə (AMEA NKPİ) E.Ş. Abdullayev (AMEA NKPİ) L.İ. Əliyeva (AMEA NKPİ) A.H. Talıbov (AMEA NKPİ) Q.Z. Hüseynov (BDU) Ə.N. Ağayev (AMEA AKİ) P.Ş.Məmmədova (AMEA AKİ) H.Ə. Cavadova (AMEA AKİ) E.Ə.Nağıyeva (AMEA AKİ) |
|
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
Ağayev B.K. Əzizov İ.İ. Paşayev B.A. Əsədov N.S. İsmayılova F.P. Məmmədov M.K. Qasımova Q.K. Kərimova İ.C. Mərdanova D.A. |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Zaur Zabil oğlu Ağamalıyev | |
Elmlər doktorları Fəlsəfə doktorları
|