Tel. | (+994 12) 5392043 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | АМЕА-nın müxbir üzvü Hüseynov Rauf Rüstəm oğlu |
|
İşçilərin ümumi sayı | 11 | |
Əsas fəaliyyət istiqamətləri | Yüksəktemperaturlu ifratkeçiricilik, aşağıölçülü sistemlər – yarımkeçirici və maqnit nanostrukturların və ifratqəfəslərin enerji spektri, optik və maqnit xassələri. | |
Əsas elmi nəticələri |
1. İki-zonalı model üçün Gizburq-Landau nəzəriyyəsi inkişaf etdirilmişdir və MgB2- tipli yüksəktemperaturlu ifratkeçiricilərin xassələrinin izahına tətbiq olunmuşdur. 2.Bozon-fermion modeli çərçivəsində yüksəktemperaturlu ifratkeçiriciliyin nəzəriyyəsi qurulmuşdur. 3.Göstərilmişdir ki, yarımkeçiricinin elektron spektrinin eksiton dayanıqsızlığı “eksiton dielektriki” adlı yeni fazanın əmələ gəlməsinə gətirib çıxarır. Bu fazaya keçidin nəzəriyyəsi qurulub və göstərilib ki, keçid birinci növ faza keçidi yolu ilə baş verir. 4.Yarımkeçirici nanostrukturlarının – nazik təbəqələrin və ifratqəfəslərin eksiton spektrinin və optik xassələrinin nəzəriyyəsi qurulub. Bu sistemlərdə yeni tipli həyacanlanmalar aşqar edilmişdir və bu həyacanlanmaları nəzərə almaqla belə sistemlərin optik xassələri hesablanmışdır. 5.Qrin funksiyaları texnikasından istifadə edərək müxtəlif maqnit ifratqəfəslərin modelləri üçün spin dalğalarının spektri hesablanmışdır. 6. Nano ölcülü maqnetitlərin alinma mexanizmi, morfologiyası, ölçülərə görə paylanma funksiyası tədqiq edilmişdir. Dielektrik matrisa və nanomaqnetitdən təşkil olunmuş mühütün dilektrik nufuzluğunun nanomaqnetitin konsentrasiyasından, ölçüsündən və xarici maqnit sahəsindən asılılı olduğu göstərilmişdir. |